"Tvente" deyərkən azərbaycanlı futbolsevərlərin ağlına 2014/15 mövsümündəki tarixi qarşılaşmalar gəlir. Bu görüşlərin əsas parçalarından biri də Ansi Aqolli idi.

Albaniyalı veteran futbolçu hisslərini Offsideplus.az-la bölüşüb:

“Nə hisslər keçirirəm? Dejavu. Sanki daha əvvəl bunu yaşamışam (gülür). “Qarabağ”ın bu gözəl xatirələrində yer almaq karyeramın ən dəyərli səhifələrindəndir.. Ümid edirəm ki, inşallah, onlar bunu yenə bacaracaq və qarşıdakı oyunlarda da eyni uğuru təkrarlayacaqlar”.

Qeyd edək ki, A. Aqolli 2010-19-cu illər arasında "Qarabağ"da çıxış edib. O, Ağdam klubunun heyətində 298 oyuna keçirib.