UFC-nin ağır çəki döyüşçüsü Coş Hokit növbəti qarşılaşmasında titul uğrunda döyüşmək istədiyini bildirib. O, ya Siril Qanla titul döyüşü, ya da Aleks Pereyra ilə BMF kəməri uğrunda qarşılaşma arzusundadır.
Offsideplus.az xəbər verir ki, Hokit sosial şəbəkədə bu barədə belə yazıb: "Ya mənə Siril Qanla titul döyüşü verin, ya da Aleks Pereyra ilə BMF kəməri uğrunda qarşılaşma təşkil edin. Artıq bu xırda döyüşçülərin yerə uzanıb dua etməsinə baxmaqdan bezmişəm, amma onları BMF və ya P4P adlandırırlar. Bu titullara sahib olmaq üçün rəqibi sadəcə saxlamaq yox, zərbə endirmək lazımdır. Mən kimlə döyüşsəm, azarkeşlər həqiqi döyüş və gərginlik görəcək".
Qeyd edək ki, Coş Hokit UFC-də keçirdiyi dörd döyüşün hamısında qalib gəlib, onlardan üçündə rəqibini nokautla məğlub edib.


