"Sabah"ın Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlmək ehtimalı məlum olub.
Offsideplus.az xəbər verir ki, bu barədə "Football Meets Data" (FMD) portalı məlumat yayıb.
Təmsilçimizin "Hapoel" (Beer-Şeva) mərhələsini keçmək şansı 51.2 faizdir.
İlk oyunda "Lion"la 1:1 hesablı heç-heçə edən "Fənərbağça"nın növbəti tur ehtimalı isə 39.7 faizdir.
Qeyd edək ki, FMD futbol analitikası platformasıdır. Layihə 195-dən çox turnir üzrə ehtimal təhlilləri, simulyasiyalar, oyundaxili canlı ehtimallar, səpələnmə proqnozları, UEFA əmsalları simulyasiyası, UEFA mükafat fondu təxminləri və dərin təhlil məzmunları təqdim edir.


