Portuqaliyalı baş məşqçi Joze Mourinyo "Real Madrid"də ilk dövründən sonra necə dəyişdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Mourinyo son 13 ildə həm şəxsiyyət, həm də məşqçi kimi böyük dəyişikliklər yaşadığını bildirib. "Eyni DNT-yə sahibəm. Təbii ki, özümü gizlədə və ya başqa biri kimi davrana bilmirəm. Daha yetkin, emosiyalara az qapılan və daha təmkinli olmuşam. Hər zaman səhvlərimdən dərs çıxarıram. Heç nəyə görə peşman deyiləm, çünki həyatımda baş verənlərə görə təəssüflənmək heç nəyə kömək etmir. Səhvlərdən öyrənmək vacibdir. Məşqçi kimi təcrübə artdıqca, işimizin keyfiyyəti də yüksəlir" – deyə 63 yaşlı mütəxəssis vurğulayıb.

Mourinyo həmçinin özünü daha darıxdırıcı hesab etmədiyini qeyd edib: "Düşünmürəm ki, indi daha darıxdırıcıyam. Sonda DNT həmişə qalib gəlir. Amma darıxdırıcı... Tam olaraq belə deyil".