"Roma" 19 yaşlı yarımmüdafiəçi Rodrigo Mora de Karvalyunun transferini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçu "Portu"dan 25 milyon avro əsas məbləğ və əlavə 2 milyon avro bonus qarşılığında İtaliya klubuna keçib. "Portu" oyunçunun hüquqlarının 50 faizini özündə saxlayacaq. "Roma" gələcəkdə bu payı əlavə 25 milyon avro ödəməklə tam şəkildə əldə edə bilər.


