"Benfika" klubu "Parma"nın və Avstraliya millisinin mərkəz müdafiəçisi Alessandro Çirkatini heyətinə cəlb edib.
Offsideplus.az xəbər verir ki, Lissabon təmsilçisi 22 yaşlı futbolçu üçün 20 milyon avro və əlavə bonuslar ödəyəcək. Portuqaliya klubu Çirkatini Antonio Silvanın əvəzinə transfer edib. Xatırladaq ki, Antonio Silva avqustun əvvəlində "Bornmut"a keçib.


