Bratislavada keçirilən U-20 Dünya Çempionatında güləşçilərimizdən daha bir medal və final müjdəsi gəlib.
Offsideplus.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşçimiz Emin Cavadlı (55 kq) bürünc medal uğrunda görüşdə yaponiyalı Hiro Sakamotonu tam üstünlüklə (11:1) məğlub edərək dünya üçüncüsü olub. Bununla da Azərbaycan milisinin turnirdəki medallarının sayı 3-ə çatıb (1 gümüş, 2 bürünc).
Medalla yanaşı, pəhləvanlarımız növbəti mükafatları da özlərinə təmin ediblər:
-
Ayxan Cavadov (60 kq): Fransalı, braziliyalı və iranlı rəqiblərini sıradan çıxararaq ardıcıl 2-ci dəfə U20 dünya çempionatının finalına yüksəlib. O, qızıl medal uğrunda özbəkistanlı Dostonbek Oripovla qarşılaşacaq.
-
Elmin Əliyev (82 kq): İnamlı qələbələrlə yarımfinala qədər irəliləsə də, belaruslu Kiril Valevskiyə uduzub (4:7). Təmsilçimiz bürünc medal uğrunda görüşə çıxacaq.
-
Zəhra Kərimzadə (72 kq): Türkiyəli rəqibini "tuş"la məğlub etsə də, yarımfinalda hindistanlı Tanu Şarmaya uduzub (0:11). Zəhra da bürünc medal üçün mübarizə aparacaq.
-
Esra Məmmədli (53 kq): Təsnifat mərhələsində qazaxıstanlı rəqibinə məğlub olaraq (1:7) mübarizəni vaxtından əvvəl dayandırıb.


