"Yuventus"un qapıçısı Mikele Di Qreqorio Qulyelmo Vikarionun transferindən sonra transfer pəncərəsi bağlanana qədər komandadan ayrılmağa razılaşıb.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Di Qreqorio "Marsel"ə təklif olunub və hazırda mümkün icarə keçidi ilə bağlı danışıqlar aparılır.
"İnter"in yetirməsi olan 29 yaşlı qapıçı 2024-cü ildən "Yuventus"da çıxış edir.
Qeyd edək ki, "qoca sinyora" avqustun 18-də "Tottenhem"in qapıçısı Q. Vikarionu 2027-ci il iyunun 30-dək icarəyə götürdüyünü elan edib.
İtalyan qolkiper ötən mövsüm bütün turnirlərdə 43 matçda iştirak edib və onların 13-də qapısını toxunulmaz saxlayıb.


