“Qarabağ” sabah Konfrans Liqasının pley-off mərhələsində “Tvente”nin qonağı olacaq. 

Offsideplus.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablayıb: 

“Vacib səfərə çıxırıq. Keçmiş və tanış komandadır. Xoş xatirələrimiz olan stadiondur. Problemlərimiz olsa da… Hazırlaşmağa da vaxtımız olmadı. Komanda şəklində məşq edə bilmədik. Bu gün istirahət günüdür. Sabah səhər məşqimiz var. 

Belə dönəmlərimiz çox olub. Buna çətin deməzdim. Avropada oynamaqdan heç vaxt əl çəkmək istəmirik. Yeni gələn futbolçularımız var. Onların hazırlığına baxıram, o turnirlər başqadır. Klublar belə çətin dönəmlərdə böyüyür. İllər əvvəl də narazılıqlar olub”.

Əvvəl qarşılaşdıqları “Tvente” ilə indikinin fərqi haqqında: 

“Biz o dönəmdə indikindən daha yaxşı idik. Daha çox istəkli idik. “Tvente” kollektiv futbol oynayır. Azarkeşlərin xoşuna gələcək oyun oynayırlar”.

Təcrübəli mütəxəssis “10 nömrəli formanı kim geyəcək?” sualına isə belə cavab verib: 

“İstəyənlər çoxdur (gülür). “Tvente” ilə oyunu keçək, baxarıq”.

O, qışda komandaya qoşulan Jeremi Qnalinin son durumu barədə:

“Cavandır, perspektivlidir. Oynamağı lazımdır. Ötən mövsüm Elvin, Toral var idi, indi Lanqa var. Birəbir mübarizələrdə yaxşı cəhətləri var”.