"Fənərbağça" Çempionlar Liqasında növbəti dəfə arzuolunmaz göstərici ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Avropanın 1 nömrəli klub turnirinin təsnifat mərhələlərində uğursuz seriyasını davam etdirir.

Statistik göstəricilərə əsasən, "sarı-lacıvərdlilər" Çempionlar Liqasının pley-off mərhələsi tarixində qələbə qazanmadan ən çox oyuna çıxan komandadır. "Fənərbağça" bu mərhələdə keçirdiyi 7 qarşılaşmanın (3 bərabərlik, 4 məğlubiyyət) heç birində meydanı qalib tərk edə bilməyib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off sisteminə 2009/10 mövsümündən etibarən keçirilib.