Fransa millisinin sabiq baş məşqçisi Vinsent Kole, NBA-nın iki ulduzu Viktor Vembanyama və Nikola Yokiç barədə fikirlərini bölüşüb. Yaxın günlərdə Serbiyanın Fransanı qəbul edəcəyi qarşılaşmada bu iki superulduz yenidən üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, Kole Vembanyamanın müdafiədə dünya səviyyəsində olduğunu vurğulayıb: "Viktorun boyu və uzun qolları inanılmazdır. O, 2 metr 24 santimetrdir, amma müdafiədə müdhiş çevikliyə malikdir və müdafiədə artıq dünyanın ən yaxşısıdır. Onun ağıllı oyunu və sürəti onu fərqləndirir".

Kole Yokiçi isə hücumda ən güclü oyunçu hesab edir: "Nikola Yokiç hücumda hər kəsdən üstündür. O, həm komanda yoldaşlarına şans yaradır, həm də yüksək dəqiqliklə xal toplayır. Yokiçin olduğu komanda həmişə güclü olur. Serbiya millisində də ətrafında yaxşı oyunçular var, amma əsas fərq onun komanda yoldaşlarını daha yaxşı etməsidir".

Vinsent Kole Vembanyamanın inkişafına da toxunub: "Onu Fransada çalışdıranda cəmi 18 yaşı var idi, amma artıq böyük oyunçu olacağına inanırdım. Zədələr istisna olmaqla, daim inkişaf edəcəyinə əmin idim. Onun yanaşması da fərqlidir, daim öz üzərində işləyir. Hətta ötən həftə Fransada reqbi komandası ilə məşq etdi ki, daha da möhkəmlənsin. Milli komandamız üçün Vembanyama Serbiya üçün Yokiçin rolunu oynayacaq".

Kole hər iki oyunçunun NBA-nın Qərb Konfransında və milli komandalarında əsas fiqur olduğunu qeyd edib və onların qarşılaşmasının həmişə xüsusi maraq doğuracağını bildirib: "Bu, meydanda oyun içində oyun olacaq".