"Sabah" BK növbəti transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" ABŞ-dən olan forvard Evan Bruinsmanı heyətinə qatıb.

Zəngin Avropa təcrübəsinə malik olan basketbolçu karyerası ərzində Lüksemburq, Çexiya, Bolqarıstan, Niderland, Macarıstan, Almaniya, İsrail və Türkiyə klublarının formasını geyinib.

Bruinsma, həmçinin Çempionlar Liqası və Avropa Kuboku kimi nüfuzlu turnirlərdə də çıxış edib.