Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu İngiltərənin "Aston Villa" komandasının hücumçusu Olli Uotkins üçün rəsmi transfer təklifi təqdim edib.
Offsideplus.az xəbər verir ki, transfer detalları:
- Təklif olunan məbləğ: Səudiyyə klubu bonuslar da daxil olmaqla ümumilikdə 45 milyon avro dəyərində paket təklif irəli sürüb.
- Futbolçunun mövqeyi: Uotkins bu keçiddə maraqlıdır və Səudiyyə Ərəbistanına köçməyə müsbət baxır.
- Qərar mərhələsi: "Aston Villa" bundan əvvəl "Əl-Hilal"ın iki müraciətini rədd etmişdi. İndi isə yekun qərar vermək İngiltərə klubunun öhdəliyindədir.


