“Qol imkanlarımızın olacağına əminəm”.
Bu sözləri “Sabah” - “Hapoel Ber-Şeva” oyunu haqda Offsideplus.az-a danışarkən Aslan Kərimov deyib:
“Artıq adlar rol oynamır. “Srvena Zvezda”nı geridə qoyub, 2-3 qol vurmağı bacarıblarsa, o deməkdir ki, daha ciddi rəqibdirlər. “Hapoel” “Orhus”dan da ciddi rəqib olacaq. Çempionlar Liqasında mərhələ adladıqca rəqiblərin keyfiyyəti də artır. “Sabah” üçün ən çətin iki oyun olacaq. Şanslarımız var. “Orhus”la oyundan əvvəl də 50/50 demişdim, yenə də elə deyirəm. “Orhus”la oyun qədər olmasa da, qol imkanlarımızın olacağına inanıram. Rəqibin müdafiəsi də boş olmayacaq. “Sabah”da əsas problem epizodların boşa verilməsidir. Ümid edirəm “Orhus”la oyunda olan effektivlik bu oyuna da şamil olacaq. Diqqət olunmalı məqam hücumdan müdafiəyə qayıtmaqdır. Danimarlaılılarla oyun bizi düşündürməyə vadar edir. “Hapoel” boşluqdan istifadə edən komandadır. Amma “Sabah” da rəqibini əks-hücumda yaxalaya bilər. Cinah müdafiəçiləri və hücumlarımız “itidir”. Qol şansları yaranacaq. Bunları reallaşdırmaq məcburiyyətindəyik”.


