"Atletiko"nun baş məşqçisi Dieqo Simeone komandanın hücumçusu Xulian Alvaresin səhhəti ilə bağlı son durumu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis argentinalı ulduzun "Malaqa" ilə keçiriləcək növbəti matçı buraxacağını bildirib.

Simeone Alvaresin hələ tam hazır olmadığını vurğulayıb:

"Xulian Alvaresin sabahkı matçda oynamaq və ya iştirak etmək üçün tam hazır vəziyyətdə olduğuna inanmırıq. Ümid edirik ki, növbəti dörd gün ərzində o, daha da irəliləyiş əldə edəcək və biz onu görmək istədiyimiz formaya bir qədər də yaxınlaşacağıq".

Qeyd edək ki, La Liqanın I turu çərçivəsində keçiriləcək "Atletiko" - "Malaqa" oyunu sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.