14 ildən sonra “Gəncə Derbisi”nə şahidlik edəcəyik.

Offsideplus.az-a daxil olan məlumata görə avqustun 23-ü 1-ci liqa təmsilçisi “Gəncəbasar” və “Kəpəz” komandaları arasında yoxlama görüşü keçiriləcək. 

Sonuncu dəfə iki Gəncə komandaları 2012-ci ildə qarşılaşıb - “Tərəqqi” - “Kəpəz”.

Qeyd edək ki, “Kəpəz” 2-ci turda “Qarabağ”a qarşı oynamalı idi. Ağdam təmsilçisinin Konfrans Liqasında iştirak etməsinə görə gəncəlilər oyunun təxirə salınmasına razılaşıb.