"Minnesota Timbervulvs"un baş meneceri Tim Connely Lamelo Ballun komandaya qoşulmasından sonra ilk təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, Connely Ballun keçmiş komanda yoldaşları və məşqçiləri ilə danışdığını bildirib. Onun sözlərinə görə, hər kəs Lamelo Ballun daim pozitiv əhval-ruhiyyədə olduğunu və pis günlərinin olmadığını deyib. Connely qeyd edib ki, Ball komanda üzvləri ilə tez ünsiyyət qurur və artıq bir gündən sonra bütün işçilərin adını yadda saxlayıb. "NBA-də belə münasibət nadir hallarda olur. Onun pozitivliyi bizim klubun fəlsəfəsinə tam uyğundur. NBA-də mövsüm ərzində 82 oyun keçirirsən və hər matçı ideal oynamaq mümkün deyil. Bəzən gecə saat üçdə başqa şəhərə çatırsan, bəzən azarkeş az olur. Amma Lamelo hər zaman böyük həvəslə çıxış edir. Meydanda o, Entoni Edvards üçün də ideal tərəfdaşdır və Ent ən yaxşı oyununu məhz belə pozitiv mühitdə göstərir. Biz belə arxa xəttə sahib olduğumuz üçün çox sevinirik", – deyə Connely vurğulayıb.


