"Kadillak"ın pilotu Valtteri Bottas komandanın mövsümün ikinci yarısı üçün hədəflərindən danışıb.
Offsideplus.az xəbər verir ki, onun sözlərinə görə, o, komandanın irəliləyiş əldə edəcəyinə və çempionatı xalsız başa vurmayacağına ümid edir.
Hazırda "Kadillak" cari mövsümdə pilotları yarışların yekununa əsasən ilk 10-luğa daxil ola bilməyən yeganə komandadır.
"Sıralama yürüşündə ikinci seqmentə vəsiqə qazanmaq istəyirik. Bu, bizim üçün növbəti addımdır. Daha sonra isə komanda xal qazanmaq niyyətindədir. Mövsümü bir xal belə toplamadan bitirmək istəməzdik. "Kadillak" üçün bu, kifayət qədər aydın hədəfdir.
Mövsümü xalsız başa vurmaq istəmirik. Bəs buna necə nail olmalı? İlk növbədə, bolidimizi daha etibarlı etməliyik. Eyni zamanda maşınımızı daha da sürətləndirməliyik, komanda artıq bu istiqamətdə işləyir", – deyə Bottas bildirib.


