Pau Kubarsi "Golden Boy 2026" mükafatı üçün səsvermədə liderlik edir
Offsideplus.az xəbər verir ki, "Tuttosport" nəşri ilin sonunda keçiriləcək yekun səsvermə öncəsi hazırkı sıralamanı açıqlayıb.
Siyahıya "Barselona"nın müdafiəçisi Pau Kubarsi başçılıq edir. İkinci pillədə komanda yoldaşı Lamine Yamal qərarlaşsa da, mövcud qaydalara əsasən o, mükafatı ardıcıl ikinci dəfə qazana bilməz. Üçüncü sırada isə "Real Madrid"in yeni transferi Yan Diomandedir.


