LeBron Ceymsin adı yazılmış "Filadelfiya Siksers" formalarının satışa çıxarılması azarkeşlərin narazılığına səbəb olub.
Offsideplus.az xəbər verir ki, "NBC Sports Philly"nin reportyoru Con Klark sosial şəbəkədə "Filadelfiya Siksers"in yeni formalarının fotosunu paylaşıb.
Fotoda LeBron Ceymsin soyadı və 23 nömrəsi əks olunub. Azarkeşlər şərhlərdə formanın dizaynını tənqid edərək xüsusilə 2 və 3 rəqəmləri arasındakı məsafənin həddindən artıq böyük olduğunu vurğulayıblar.
Qeyd edək ki, 2017-ci ildən etibarən NBA formalarının rəsmi istehsalçısı "Fanatics" şirkətidir. Bu brend əvvəllər "Filadelfiya Siksers"in həmtəsisçisi olmuş Maykl Rubinə məxsusdur.


