Dünyanın bir nömrəli raketkası Yannik Sinner yalnız tam sağlam olacağı təqdirdə "US Open"də mübarizə aparacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Sinner bu gün Turinə gəlib və sağ dizindəki zədədən sonra bərpa planına qayıdıb.
Səhər saatlarında Sinner "Circolo della Stampa Sporting" klubunda görünüb. Həkimlər onun məşqini izləyib və gərginlikdən sonra dizinin vəziyyətini qiymətləndiriblər. Yaxın vaxtlarda o, son müayinədən keçəcək və bunun nəticələrinə əsasən "US Open"də oynayıb-oynamayacağı bəlli olacaq.
Nəşrin məlumatına görə, o, yalnız özünü 100% sağlam hiss edəcəyi halda Nyu-Yorka uçacaq.


