"Milan" yaxın vaxtlarda "Strasbur"un vinqeri Diequ Moreyranın transferini yekunlaşdıracaq.

Offsideplus.az insayder Cianluka Di Martsioya istinadən xəbər verir ki, "rossoneri" Belçika millisinin üzvü üçün 45 milyon avro ödəyəcək. Daha 20 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub – onların bir hissəsinə nail olmaq asan, bəzilərinə isə çətindir.

Hücumun hər iki cinahında və sol müdafiədə oynaya bilən 22 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün avqustun 18-də saat 13:00-da İtaliyaya gələcək, daha sonra isə "Milan"la müqavilə imzalayacaq.

Ötən mövsüm Moreyra Liqa 1-də 27 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə edib və 4 sarı vərəqə alıb. DÇ-2026-da isə Diequ cəmi bir oyunda meydanda olub.