“Sabahın Ulduzları” Bakı Kubokunun U-15 yaş qrupunda 5-ci tura start verilib.
Offsideplus.az xəbər verir ki, bu turda "Qarabağ" və EFA böyükhesablı qələbələr qazanıb.
Nəticələrlə sizi tanış edirik:
U-15, V tur
17 avqust
“Sumqayıt” – EFA - 1:4
Qollar: Əli Bağırzadə (80+2) // Hüseyn Novruzlu (7), Emil Səfərli (18), Şahin Qasımzadə (26), Elçin Məmmədli (67)
“Qarabağ” – “Sabah” - 5:2
Qollar: Abbas Məmmədli (7), Fərid Yarəliyev (51), Ramil Əmirquliyev (53), Yəhya Timuçin (56, 63) // Hüseyn Musayev (25), Rüfət Həsənov (60)
Qeyd edək ki, “Zəngəzur” - “Qəbələ” oyunu yaramçıq dayandırılıb.
Bu gün - avqustun 18-də keçiriləcək oyunların təqvimi belədir:
U-15, V tur
“Rekord” – “Marafon”
“Ulduz” – “Zirə”
“Neftçi” - “Dinamo”


