İspaniyalı yarımmüdafiəçi Rodri və portuqaliyalı müdafiəçi Joau Kanselu "Barselona"ya transfer olunmaq üçün tibbi müayinədən keçib.

Offsideplus.az xəbər verir ki, Rodri "Mançester Siti"dən 76,5 milyon avro (bonuslarla birlikdə) qarşılığında Kataloniya klubuna keçəcək. Kanselu isə "Əl-Hilal" ilə müqaviləsini pozduqdan sonra azad agent kimi "Barselona"ya qoşulacaq.

Məlumata görə, hər iki futbolçu bu gün səhər saatlarında tibbi müayinədən uğurla keçib. Klub Rodrini artıq bu gün ofisində keçiriləcək qapalı tədbirdə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Yarımmüdafiəçinin "Kamp Nou"da təqdimatı da nəzərdən keçirilsə də, stadionda aparılan tikinti işləri səbəbindən bu variantdan imtina olunub.