Amerikalı UFC döyüşçüsü Dastin Puarye hesab edir ki, Habib Nurmaqomedov potensial qarşılaşmada İslam Maxaçevi məğlub edərdi.

Offsideplus.az xəbər verir ki, o, bu barədə bunları söyləyib:

"Əgər öz təcrübəmə əsaslansam, çünki hər ikisi ilə döyüşmüşəm, Xabib Maxaçevi məğlub edərdi".

Qeyd edək ki, Puarye 2019-cu ildə Xabibə üçüncü raundda boğma fəndi ilə uduzub. 2024-cü ildə isə İslam Maxaçevə beşinci raundda boğma ilə məğlub olub. Xatırladaq ki, Xabib Nurmaqomedov İslam Maxaçevi oktaqona çıxan ən yaxşı idmançılardan biri adlandırıb.