Dünyanın aparıcı idman nəşrlərindən biri olan ESPN mövsümün ən yaxşı mərkəz hücumçularının reytinqini tərtib edib.
Offsideplus.az xəbər verir ki, siyahı hazırlanarkən oyunçuların 2025/26 mövsümündəki çıxışları əsas götürülüb. Zədə səbəbindən mövsümün böyük hissəsini buraxan futbolçuların əvvəlki illərdəki performansı da nəzərə alınıb. Dünya çempionatındakı çıxışlar isə ikinci planda olub, əsas diqqət mövsüm ərzindəki sabitliyə yönəlib.
ESPN-in versiyasına görə, dünyanın ən yaxşı 20 mərkəz hücumçusu aşağıdakı kimidir:
1. Harri Keyn ("Bavariya Münhen", İngiltərə)
2. Kilian Mbappe ("Real Madrid", Fransa)
3. Erlinq Holand ("Mançester Siti", Norveç)
4. Usman Dembele (PSJ, Fransa)
5. Xulian Alvares ("Atletiko", Argentina)
6. Lautaro Martines ("İnter", Argentina)
7. Kay Haverts ("Arsenal", Almaniya)
8. Joao Pedro ("Çelsi", Braziliya)
9. Viktor Osimhen ("Qalatasaray", Nigeriya)
10. Uqo Ekitike ("Liverpul", Fransa)
11. İqor Tiago ("Brentford", Braziliya)
12. Ollie Uotkins ("Aston Villa", İngiltərə)
13. Robert Levandovski ("Çikaqo Fayr", Polşa)
14. Kriştiano Ronaldu ("Əl-Nəsr", Portuqaliya)
15. Antuan Qrizmann ("Orlando Siti", Fransa)
16. Markus Tyuram ("İnter", Fransa)
17. Doniyel Malen ("Roma", Niderland)
18. Mikel Oyarzabal ("Real Sosyedad", İspaniya)
19. Viktor Dyokereş ("Arsenal", İsveç)
20. Aleksandr Serlot ("Atletiko", Norveç)


