Güləşçimiz Ayxan Cavadov U20 dünya çempionatına inamlı start verib.
Offsideplus.az xəbər verir ki,dünya çempionumuz fransalı Maqomed Varayevə tam üstünlüklə (9:0) qalib gələrək 1/4 finala yüksəldi. Təmsilçimiz braziliyalı Pedro Enrike de Souza Rodriqesi isə 6:2 hesabıyla üstələyərək adını yarımfinala yazdırdı. Ayxan yarımfinalda iranlı Əmirəli Heydəri ilə üz-üzə gələcək.
Elmin Əliyev ilk 2 görüşü vaxtından əvvəl qələbəylə başa vurdu. Həmyerlimiz gürcüstanlı Luka Pipiya ilə yaponiyalı Rondo Kodamaya 8:0 hesabıyla qalib gəldi. Əliyev 1/4 finalda isə özbəkistanlı Bekmurod Rustamovu ilk xal prinsipinə əsasən (1:1) məğlub etdi. O, finalın bir addımlığında belaruslu Kiril Valevskiylə qarşılaşacaq.
Esra Məmmədli təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızıya 1:7 hesabıyla uduzdu.
Mübarizəyə 1/4 finaldan qoşulan Zəhra Kərimzadə türkiyəli İlayda Çinə "tuş" la qalib gələrək yarımfinala yüksəldi. Zəhra finala gedən yolda hindistanlı Tanu Şarmayla güləşəcək.
Yarımfinallar Bakı vaxtı ilə 19:00-da, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.


