"Mançester Yunayted" Brunu Fernandeşə yeni müqavilə təklif edib, lakin komandanın kapitanı bu təklifi qəbul etməyib.

Offsideplus.az xəbər verir ki, təklifə əsasən portuqaliyalı yarımmüdafiəçinin illik maaşı cəmi 500 min avro artırılmalı idi. Bu məbləğ Brunu Fernandeşi müqaviləni uzatmağa razı salmayıb.

Bundan əvvəl "Qalatasaray"ın Brunu Fernandeşə maraq göstərdiyi və futbolçuya illik 21 milyon avro ödəməyə hazır olduğu barədə məlumat yayılıb.