Yoey Verman rəsmən "Borussiya"nın futbolçusu oldu
Offsideplus.az xəbər verir ki, Dortmund klubu 27 yaşlı yarımmüdafiəçinin PSV-dən transferini rəsmən elan edib.
Niderlandlı futbolçu 2031-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb. Keçidin 21,5 milyon avroya baş tutub.
Verman ötən mövsüm Erediviziyada keçirdiyi 30 matçda 8 qol vurub və 14 məhsuldar ötürmə edib. O, bu göstərici ilə liqanın ən yaxşı asistenti olub.


