Keçmiş UFC çempionu Xamzat Çimayev təşkilatın prezidenti Dana Uaytdan ona yeni döyüş təşkil etməsini istəyib. "Nəyi gözləyirik? Mən döyüşmək istəyirəm", – deyə Çimayev sosial şəbəkədə yazıb və Dana Uaytı qeyd edib.
Offsideplus.az xəbər verir ki, Xamzat Çimayev sonuncu dəfə bu il mayın 10-da Şon Striklendə qarşı döyüşüb. Həmin qarşılaşmada Çimayev hakimlərin bölünmüş qərarı ilə məğlub olub, çempionluq kəmərini itirib və karyerasında ilk dəfə uduzub. Daniel Kormye isə bildirib ki, Çimayevlə Striklend arasında revanş döyüşünü maraqlı etmək mümkün deyil. Onun sözlərinə görə, tərəflər özləri bu rəqabəti bitiriblər.


