Rusiyalı qapıçı İqor Akinfeyev Kriştiano Ronaldunun oyununu izləməklə bağlı təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, Akinfeyev Ronaldunun gənc yaşlarında sürət, güc, driblinq və istənilən nöqtədən sərbəst zərbə vurmaq bacarığı ilə seçildiyini bildirib. O qeyd edib ki, 2012-ci ildə Çempionlar Liqasının 1/8 final mərhələsində "Real Madrid"lə qarşılaşmada zədə səbəbindən meydanda olmasa da, Ronaldunun az şansı olmasına baxmayaraq, yeganə fürsətini dəyərləndirib və Sergey Çepçuqova qol vurduğunu xatırladıb. "Lujniki"də oyun 1:1 hesabı ilə başa çatıb, "Santyaqo Bernabeu"da isə (4:1) Ronaldunun dubl etdiyini və ilk qolu təxminən 30 metrdən vurduğunu deyib. Akinfeyev həmin qolu belə şərh edib: "Elə bil adi zərbə idi, amma top qapıda oldu – bunu izah edə bilmirəm. Yalnız Tanrı tərəfindən seçilmiş insan belə mövqedən qol vura bilərdi".

Akinfeyev əlavə edib ki, Kriştiano Ronaldu ona bir dəfə qol vurub – 2017 Konfederasiyalar Kubokunda Rusiya və Portuqaliya arasında keçirilən oyunda başla vurulan qolda: "O qədər sürətli zərbə idi ki, əllərimi qaldırmağa belə imkan tapmadım".