"Qalatasaray" Noa Lanqı birdəfəlik heyətinə cəlb etmək üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Florian Plattenberq məlumat yayıb.

Hazırda "Qalatasaray" və "Napoli" klubları bu keçid üçün danışıqlar aparır.

N. Lanq ötən mövsümün ikinci yarısını icarə əsasında "Qalatasaray"da keçirib. O, burada 19 oyunda 2 qol vurmağı bacarıb.

Qeyd edək ki, "sarı-qırmızılar"ın maraqlandığı futbolçulardan biri də "Leyptsiq"in hücumçusu Konrad Harderdir. İstanbul nəhəngi onu satınalma şərti ilə birlikdə icarəyə götürmək istəyir. Almaniya klubu isə gənc forvardı birdəfəlik satmağı düşünür.

21 yaşlı Harder "Qalatasaray"a keçməyə müsbət yanaşır.