“Sabahın Ulduzları” turniri çərçivəsində oyunlar davam edir. 

Offsideplus.az xəbər verir ki, oyunları mütəmadi olaraq canlı izləyənlər arasında Arif Əsədov da var. O bu layihəsinin müsbət məqamları haqda saytımıza açıqlama verib: 

“İlk günlərdəki keyfiyyətlə indiki arasında irəliləyiş var. Həm komandaların oyunu, həm də futbolçuların fərdi keyfiyyəti artıb. Heç vaxt yayın bu vaxtında turnir görməmişdim. 50-60-a yaxın oyun keçirilib. Nə qədər oynasalar, o qədər inkişaf edəcəklər. Bu uşaqlar əvvəlki illərin bu vaxtlarında dənizdə, ya da başqa yerdə istirahət edirdilər. Bu turnirin xeyrini görürük. Əvvəl deyirdilər ki, bizdə futbolçu yetişmir. Şahidi oluram ki, istedadlar çoxdur. Düzgün seleksiya, məşqçilər və infrastruktur lazımdır. Beynəlxalq səviyyədə oynasalar, daha çox inkişaf edəcəklər. Aşağı yaş millilərində oynamışam, Dünya və Avropa çempionu olmuşam. O səviyyəni bilirəm. Axtarıb, tapıb, inkişaf etmək lazımdır. Bakı Futbol Federasiyası və AFFA-nın da məqsədi istedadları tapıb üzə çıxarmaqdır. Yaxın 5-10 ildə bu oyunçuların içindən çox yüksək səviyyəli futbolçuların yetişəcəyinə inanıram”.