"Boston Seltiks"in sahibi Bill Çisholm, Ceylen Braun transferinin asan qərar olmadığını bildirib.
Offsideplus.az xəbər verir ki, Çisholm bu barədə açıqlamasında rəhbərliyə tam güvəndiyini vurğulayıb: "Düşünürəm ki, NBA-də ən yaxşı idarəçilər məhz bizdədir və bu, əsas üstünlüyümüzdür. Buna görə də Brəd Stivensə və onun komandasına tam etibar edirəm. Amma azarkeş kimi bu qərarı qəbul etmək mənim üçün çətin oldu. Özümü emosiyalardan uzaqlaşdırmağa məcbur oldum, çünki "Seltiks"in böyük azarkeşiyəm. Fikrimcə, azarkeşlərin nə düşünəcəyini heç düşünməmək üçün insan soyuqqanlı olmalıdır. Buna görə də hisslərimi kənara qoyub işimi görməli idim. Mən başa düşdüm ki, "Seltiks"in irsini qorumaq və inkişaf etdirmək məsuliyyəti daşıyıram. Bizdə basketbolun ən yaxşı mütəxəssisləri var və onlar bu qərarın düzgün olduğuna tam əmindirlər. Mən də buna inanmalı idim və onlar məni inandırdılar. Bu addımı düşünülmüş və inamla atdıq. Nəticəsini görəcəyik, amma seçimimizdən razıyıq".


