“Sabah” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldikdən sonra bir sual ortaya çıxdı: “görəsən, Bakı Olimpiya Stadionunda oynaya biləcəklər?” Dəqiq olan budur ki, pley-offu Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirəcəklər.

Offsideplus.az bununla bağlı araşdırma edib. Saytımızın əldə etdiyi məlumata görə BOS hazırda yararsız vəziyyətdədir - stadionda söküntü işləri gedir. “Sabah” avrokuboklarda liqa mərhələsini bu stadionda oynamaq ehtimalı isə olduqca azdır. Səbəb isə stadion rəhbərliyinin meydançanın təmirinə büdcə ayıra bilməməsidir. Çünki futbol klubları ilə yanaşı, həmçinin dövlət tədbirləri üçün də bu stadiona ehtiyac olur. Lazım olan məbləğin qarşılanması isı qarşılıqlı şəkildə olmalıdır. Hazırki vəziyyətdə isə buna ehtiyac duyulmur.

Maraq üçün qeyd edək ki, sözü gedən stadionda son matç 2023-cü ilin martında “Qarabağ” və “Qalatasaray” arasında xeyriyyə oyununda olub.