Bu gün müğənni Nigar Camalın qızı Jasmin Keynin vurduğu baxımlı qolun videosu Offside-ın sosial şəbəkə hesablarındakı paylaşımından sonra gündəm oldu.
Bəs gənc futbolçudan qadınlardan ibarət milli komandamızın baş məşqçisi Siyasət Əsgərovun xəbəri var? Gələcəkdə onun milliləşdirilməsi mümkündür? Mütəxəssis Offsideplus.az-ın sualını cavablayıb:
“Jasminin qolunu mən də gördüm. Çox gözəl qoldur. Əlbəttə, tanıyıram. Bundan öncə Jasmini məşq proseslərimizə dəvət etmişdik. Ölkə daxilində və ya xaricində - fərqi yoxdur, talantlar varsa, bizim üçün vacibdir. Qadın futbolu departamentimizə Jasminlə bağlı məlumat daxil olmuşdu. Onunla əlaqə saxladıq, məşqə dəvət etdik. Jasmini orda gördük. Təəssüf ki, bizim kriteriyalara cavab vermədi. Düşünürəm ki, onun oynadığı klub həvəskar klubdur. Bəlkə də peşəkar komandalarda oynasaydı, daha yaxşı olardı. İstedadı var, demirik yoxdur. Məşqlərdən sonra özü ilə danışdıq. A milli səviyyədə oynaması üçün ona daha peşəkar klublarda oynamasını bildirdik”.


