İspaniyanın "Barselona" klubu "Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Rodrinin transferini yekunlaşdırıb.

Offsideplus.az xəbər verir ki, "Barselona" ispan futbolçu üçün "Mançester Siti"yə 60 milyon avro ödəniş edəcək. 

Əlavə olaraq, müxtəlif şərtlər daxilində 15 milyon avro bonuslar nəzərdə tutulub.

​İspaniya milli komandasının aparıcı üzvü olan Rodri İngiltərədəki uğurlu karyerasından sonra yenidən La Liqada çıxış edəcək.