Amerikalı iş adamı Mark Volterin investisiya və kreditlərlə bağlı federal araşdırmaya cəlb olunması onun idman sahəsindəki aktivlərinə təsir edib. Volter bu səbəbdən yaxın zamanda əldə etdiyi "Los Anceles Leykers"dəki payını satmaq məcburiyyətində qalıb və eyni zamanda "Çelsi" klubundan da çıxış yolları axtarır.
Offsideplus.az xəbər verir ki, araşdırma Volterin digər aktivinə – "Dodcers" beysbol klubuna da toxunub. Klubun prezidenti Sten Kasten bildirib ki, "Leykers"dəki payın satılması "Dodcers"in mövcud strukturu və gələcəyi üçün heç bir təsir göstərməyəcək.


