Patrik Beverli, NBA-də çıxışını başa vuran Rassell Uestbrukun karyerası ilə bağlı fikirlərini bölüşüb. Beverli hesab edir ki, Uestbrukun hələ də yüksək səviyyədə oynamaq potensialı var idi və onun oyununa əsas zərbəni media vurub.

Offsideplus.az xəbər verir ki, Beverli açıqlamasında bunları deyib: "Mənə elə gəldi ki, onun hələ kifayət qədər ehtiyatı var idi. O, ötən mövsüm də yaxşı təsir bağışlayırdı. Düşünürəm, media onun oyununu məhv etdi. Açığı, media o qədər təsirli oldu ki, azarkeşlərə onu təhqir etməyə imkan verdi. Onun oyununa dair formalaşan rəy klub sahibləri və menecerlərin də ona münasibətini dəyişdi. Heç kimi incitmək istəmirəm, amma əgər Lonni Uoker liqada yer tapa bilirsə, Rassell Uestbrukun da mütləq yeri olmalı idi. Şübhəsiz. O, çox tez getdi. Əsl əfsanədir. Bunu əvvəllər də demişdim, amma hər şey 'Los Anceles Leykers'ə keçidindən və oradan ayrıldıqdan sonra dəyişdi. O vaxtdan bəri onun başı üzərində qara buludlar dolaşırdı."