"Barselona" Qamper Kuboku uğrunda Misirin "Əl-Əhli" klubu ilə üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, qarşılaşma "Kamp Nou" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qamper Kuboku hər il "Barselona" tərəfindən 1966-cı ildən etibarən təşkil olunan yoldaşlıq turniridir.

Kataloniya təmsilçisi bu turnirdə indiyədək 47 dəfə qalib gəlib.