"Monako" basketbol klubunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Offsideplus.az xəbər verir ki, Fransa Milli Olimpiya və İdman Komitəsinin (CNOSF) tələb etdiyi 10 milyon avroluq maliyyə zəmanətini təqdim edə bilməyən sabiq NBA ulduzu Camal Maşbörn klubu almaq təklifini geri çəkib.

Lakin Monako təmsilçisinin rəhbərliyi artıq alternatif xilas planını hərəkətə keçirib. Braziliyalı futbol əfsanəsi Ronaldinyo və "Clayton Sport" investisiya fondunun dəstəklədiyi yeni investorlar qrupu, komanda hətta aşağı liqaya düşürülsə belə, maliyyələşməni tam öz üzərinə götürməyə zəmanət verib.

Tələb olunan sənədlərin hazırlanması üçün vaxta ehtiyac duyan klub hüquqşünasları CNOSF-dən dinləmə prosesinin avqustun 25-dək təxirə salınmasını xahiş ediblər. Hazırda Ronaldinyonun arxasında durduğu bu layihə "Monako"nun yaşaması üçün yeganə real çıxış yolu sayılır. Müraciət qəbul edilməzsə, klubun yeni mövsümdə rəqabətədavamlı heyət yığmaq şansı sıfıra enəcək.

Xatırladaq ki, yaşnan böhran Fransa Basketbol Federasiyasının son ölkə çempionunu yüksək liqalardan kənarlaşdırmaq qərarından sonra alovlanıb.