"Real Madrid"in baş məşqçisi Joze Mourinyo komandanın fransalı hücumçusu Kilian Mbappe haqqında diqqətçəkən ifadələr işlədib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "El Chiringuito"ya müsahibəsində 27 yaşlı forvardın oyun səviyyəsinə heyranlığını gizlətməyib.
Mourinyo Mbappenin məşqlərdəki çıxışı ilə onu təəccübləndirdiyini bildirib:
"Mbappe inanılmazdır. Bəzən məşqlərdə etdikləri ilə məni sadəcə güldürür. Çünki o, həddindən artıq yaxşıdır. Məhz fərqli bir planetin futbolçusudur".
Qeyd edək ki, J. Mourinyo bu ilin iyul ayında Madrid təmsilçisinin baş məşqçisi postuna gətirilib. K. Mbappe isə 2024-cü ildən "Kral klubu"nun şərəfini qoruyur və tərəflər arasında müqavilə 2029-cu ilin iyununa qədər nəzərdə tutulub.


