"Monako"nun baş məşqçisi Filipe Luis Pol Poqba ilə müqavilənin ləğv edilməsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, braziliyalı mütəxəssis Poqbanın tez-tez zədələndiyi üçün klubdan ayrıldığını deyib. Fransalı yarımmüdafiəçi ötən yay dopinq cəzası başa çatdıqdan sonra "Monako"ya azad agent kimi qoşulmuşdu. O, zədələr səbəbindən monakoluların heyətində cəmi 6 oyunda meydana çıxıb və 115 dəqiqə oynayıb.

Filipe Luis bildirib: "O, Fransa futbolunda uzun illər çıxış etmiş oyunçudur. Mən onu çox izləyə bilmədim. İlk həftə bizimlə məşq etdi, sonra problemlər başladı. Təəssüf ki, bu zədələrdən əziyyət çəkir. Klub onunla müqaviləni ləğv etmək qərarına gəldi. Poqba əla insan və yüksək səviyyəli oyunçudur. Ona tezliklə sağalmağı və gələcək karyerasında uğurlar arzulayıram".