Ukrayna hökuməti Beynəlxalq Avtomobil Federasiyasına (FIA) müraciət edərək Rusiya və Belarus sürücüləri ilə komandalarına qoyulan məhdudiyyətlərin ləğvi barədə qərarın yenidən nəzərdən keçirilməsini tələb edib.
Offsideplus.az xəbər verir ki, bu barədə Ukraynanın gənclər və idman naziri Matvey Bednı məlumat verib.
Əvvəllər Rusiya və Belarusdan olan pilotlar beynəlxalq yarışlarda neytral bayraq altında və ya digər ölkələrin lisenziyaları ilə çıxış edə bilərdilər. FIA-nın yeni qərarı fərdi idmançılara, komandalara və milli yığmalara tətbiq olunan bütün məhdudiyyətləri ləğv edib.
FIA-nın bayrağı altında keçirilən yarışların xüsusi xəbərdarlığa qədər Rusiya və Belarus ərazisində təşkili isə hələ də qadağandır.


