İspaniya millisinin aparıcı oyunçularından olan Santi Aldama qarşıdakı FIBA pəncərəsində iştirak etməyəcək. Bu barədə İspaniya Basketbol Federasiyası rəsmi açıqlama yayıb.
Offsideplus.az xəbər verir ki, "Dallas Mavericks"də çıxış edən 25 yaşlı forvard-mərkəz yaxınlarda sağ dizindən keçirdiyi əməliyyatdan sonra bərpa prosesini sürətləndirməmək qərarına gəlib. Federasiya və baş məşqçi Çus Mateo Aldamanın milli üçün göstərdiyi səyləri yüksək qiymətləndirib. Lakin həm klub mövsümünə tam hazır olmaq, həm də zədənin təkrarlanmasının qarşısını almaq üçün ehtiyatlı addım atılıb. Mateo heyətə əlavə oyunçu çağırmayıb və İspaniya 14 nəfərlik siyahı ilə məşqlərə davam edəcək.
İspaniya millisi hazırda Avropa seçmə mərhələsinin I qrupunda 5–1 hesabı ilə liderdir. Komanda avqustun 28-də Sarqosada Portuqaliya, avqustun 31-də isə Afinada Yunanıstanla qarşılaşacaq. Yunanıstanın əsas ulduzu Yannis Antetokounmpo da bu pəncərəni buraxacaq.


