"Racing Bulls"un pilotu Liam Louson Niderland Qran-prisində "Red Bull" üçün mübarizə aparacaq. 

Offsideplus.az xəbər verir ki, bu barədə Avstriya təmsilçisi məlumat yayıb.

2025-ci ilin əvvəlində "Red Bull"da iki yarış keçirən yeni zelandiyalı sürücü məşqdə biləyindən zədələnən İzak Adjarı əvəzləyib. Fransız pilotun iki həftə sonra keçiriləcək İtaliya Qran-prisində sıraya qayıdacağı gözlənilir.

Louson Maks Ferstappenlə birgə mübarizə aparacaq.

"Racing Bulls"da isə Arvid Lindbladın komanda yoldaşı ehtiyat pilot Yuki Tsunoda olacaq. Yaponiyalı sürücü 2025-ci il mövsümünün sonunda trasdakı yerini itirdikdən sonra Formulla 1-də ilk yarışına çıxacaq.