İngiltərənin "Koventri" klubu Sidiki Şerifin transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 19 yaşlı hücumçunu "Fənərbaxça"dan 24,5 milyon avroya heyətinə qatıb.

Müqavilənin müddəti 5 il olacaq.

Şerif bu ilin fevralından etibarən "Fənərbaxça"da çıxış edirdi, O, Türkiyə Super Liqasında 12 oyunda 2 qol vurub.