"Tottenhem" baş məşqçi Roberto De Zerbinin istəyi ilə hücum xəttini yeniləmək üçün "Mançester Siti"nin futbolçuları Savinyo və Omar Marmuşu eyni vaxtda heyətinə qatmaq üzərində işləyir.
Offsideplus.az xəbər verir ki, London klubu hər iki hücumçunun transferi üçün "Mançester Siti" ilə fəal danışıqlar aparır.
-
Savinyonun vəziyyəti: Ötən mövsüm transferi baş tutmayan 22 yaşlı braziliyalı vinger daha çox oyun vaxtı qazanmaq niyyətindədir.
-
Omar Marmuşun rolu: Misirli hücumçu da müntəzəm olaraq əsas heyətdə meydan çıxmaq istəyir və De Zerbi onu hücum xəttində əsas fiqurlardan biri kimi görür.


