Cini Bass "Los Anceles Leykers"də idarəçi vəzifəsini qoruyub saxlamaq üçün yollar axtarır. 

Offsideplus.az xəbər verir ki, bu məsələ, ailə üzvlərinin klubdakı paylarını satmaq qərarı fonunda aktuallaşıb.

C. Bass ən azı klubun 15 faiz səhmini əlində saxlamaqla NBA-nın tələblərinə uyğun olaraq idarəçi statusunu davam etdirə bilər. Hazırda onun beş bacı və qardaşı ailə fondunun qalan payının satılmasına səs verib. Lakin Cini Bassın hüquqşünasları 2017-ci ildə Los Anceles Ali Məhkəməsinin qərarına əsaslanaraq bildirir ki, ailənin payları yalnız fondun üç idarəçisinin – Cini, Ceni və Coui Bassın razılığı ilə satıla bilər.