Avropa kuboklarının pley-off mərhələsinin ilk qarşılaşmaları çərçivəsində növbəti matçlar baş tutub.
Offsideplus.az xəbər verir ki, matçların nəticələri bu cür olub:
- "Seltik" 3:0 "LASK": Şotlandiya təmsilçisi öz azarkeşləri önündə Avstriya klubuna şans verməyərək cavab oyunu öncəsi böyük üstünlük əldə edib.
- "Slovan Bratislava" 1:1 "Selye": Slovakiyada keçirilən gərgin qarşılaşmada tərəflər hərəyə bir qolla heç-heçəyə razılaşıblar.
- "Hapoel Beer-Şeva" 2:1 "Sabah": Azərbaycan təmsilçisi İsrail səfərində minimal hesabla məğlub olub. Liqa mərhələsinə vəsiqənin taleyi Bakıda keçiriləcək cavab matçında həll olunacaq.
- "Nijmegen" 1:3 "Bodo/Qlimt: Norveç klubu Niderlandda inamlı qələbə qazanaraq mərhələ adlamaq yolunda ciddi üstünlük yaxalayıb.


